Əfsanəvi basketbolçu Şakil O’Nil, “TM-RW” idman texnologiyaları startapına böyük investisiya yatırdığını və strateji tərəfdaşlıqlara başladığını elan edib.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, bu layihə süni intellekt və artırılmış reallıq (AR) vasitəsilə azarkeşlər üçün rəqəmsal yayım təcrübəsini yeniləməyi hədəfləyir. O’Nil bildirib ki, məqsəd izləyicilərə fərdiləşdirilmiş və interaktiv idman məzmunu təqdim etməkdir. İnvestisiya çərçivəsində iri yayım platformaları ilə eksklüziv müqavilələr də imzalanıb. Ekspertlər bu addımın idman-əyləncə sektorunda rəqabəti artıracağını proqnozlaşdırırlar. Hazırda Şakilin bu texnoloji təşəbbüsü bazarda böyük maraqla qarşılanır.