Məşhur bilet satış platforması “StubHub”, qiymətləri şəffaf təqdim etmədiyi üçün Federal Ticarət Komissiyası (FTC) ilə 10 milyon dollarlıq barışıq sazişi imzalayıb.
LivePress Media Financial Postun məlumatına istinadən xəbər verir ki, şirkət biletlərin yekun qiymətini gizlədərək əlavə rüsumları yalnız ödəniş anında açıqlamaqda ittiham olunub. Ödəniləcək məbləğ qaydaların pozulduğu müddətdə bilet alan istehlakçılara kompensasiya kimi qaytarılacaq. FTC bu addımın bilet bazarındakı aldadıcı qiymət praktikalarına son qoymaq məqsədi daşıdığını bəyan edib. StubHub isə müştəri etibarını qorumaq üçün sistemlərində daha şəffaf modelə keçəcəyini bildirib. Hazırda bu qərar digər bilet platformaları üçün ciddi xəbərdarlıq hesab olunur.