Tanınmış XRP tərəfdarı olan vəkil, ABŞ-da rəqəmsal aktivlərin tənzimlənməsini nəzərdə tutan “Clarity Act” qanun layihəsinin bu il qəbul olunmaya biləcəyini açıqlayıb.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, vəkil bu ləngiməni Vaşinqtondakı siyasi çəkişmələr və bank lobbilərinin “stablecoin” qaydalarına qarşı müqaviməti ilə əlaqələndirir. Seçki ilinin yaxınlaşması qanunvericilik prosesini çətinləşdirir ki, bu da sənayenin gözlədiyi hüquqi şəffaflığı qeyri-müəyyən müddətə təxirə sala bilər. Vəkil XRP investorlarını və kripto şirkətlərini mümkün hüquqi boşluqlara qarşı hazır olmağa çağırıb.