XRP Ledger (XRPL), “Boundless” infrastrukturu vasitəsilə şəbəkəyə “Sıfır Bilgi Sübutu” (ZKP) texnologiyasını əlavə edib.
LivePress Media xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik maliyyə institutlarına ictimai blokçeyndə tam məxfi və qanunvericiliyə uyğun əməliyyatlar aparmaq imkanı verir. Texnologiya sayəsində tranzaksiya detalları gizli saxlanılsa da, tənzimləyicilər üçün selektiv giriş təmin edilə bilər. Ekspertlər bu addımı institusional investorlar üçün mühüm texnoloji sıçrayış kimi qiymətləndirirlər. İnteqrasiya korporativ xəzinə idarəçiliyi və transsərhəd ödənişlər üçün yeni imkanlar açır. Hazırda XRPL bu sahədə qlobal rəqabətdə mövqeyini gücləndirməyi hədəfləyir.