Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) iqtisadiyyatı canlandırmaq üçün bankların kapital adekvatlığı qaydalarını şərti olaraq yumşaltmağı planlaşdırır.
LivePress Media The Japan Timesin məlumatına istinadən xəbər verir ki, məqsəd bankların ehtiyatda saxladığı vəsaitlərin bir hissəsini startaplara və regional müəssisələrə investisiya kimi yönəltməsini təmin etməkdir. Yeni strategiya çərçivəsində bankların şirkətlərdəki 5%-lik pay həddinin ləğvi və dövlət fondları ilə birgə layihələr üçün tələblərin sadələşdirilməsi nəzərdə tutulur. İlin sonuna qədər qüvvəyə minəcək bu dəyişikliklərin həm sənayenin yenidən qurulmasını dəstəkləyəcəyi, həm də daxili bazarda likvidliyi artıracağı proqnozlaşdırılır.