Yaponiya alimləri demensiya, xüsusilə Alzheimer xəstəliyi ilə mübarizədə inqilab edə biləcək və ağız yolu ilə qəbul edilən (oral) yeni dərmanların sınaqlarını davam etdirirlər.
LivePress Media The Japan Timesın məlumatına istinadən xəbər verir ki, bu yeni həblər beyindəki zərərli amiloid-beta zülallarını təmizləyərək xəstəliyin irəliləməsini ləngitməyi hədəfləyir. Hazırda istifadə olunan bahalı inyeksiya və infuziya üsullarından fərqli olaraq, bu metod həm müalicə xərclərini azaldacaq, həm də xəstələrin ev şəraitində rahat istifadəsini təmin edəcək. İlkin sınaqlar dərmanların təhlükəsizliyini və yan təsirlərin az olduğunu təsdiqləyib. Mütəxəssislər bu inkişafın yaxın gələcəkdə demensiya müalicəsini daha əlçatan edəcəyini vurğulayırlar. Hazırda bu dərmanların genişmiqyaslı klinik sınaqları və tənzimləyici qurumlardan icazə prosedurları üçün hazırlıqlar görülür.