Toyota, Honda və digər aparıcı Yaponiya istehsalçıları, çip çatışmazlığı riskini azaltmaq üçün tədarük zəncirində blockchain sistemini tətbiq edirlər.
LivePress Media Nikkeinin məlumatına istinadən xəbər verir ki, bu yeni platforma vasitəsilə şirkətlər yarımkeçirici ehtiyatları və logistik məlumatları real vaxt rejimində paylaşacaqlar. Yaponiya Avtomobil İstehsalçıları Assosiasiyasının (JAMA) rəhbərliyi ilə yaradılan sistem, həm məlumat gizliliyini qoruyur, həm də böhran zamanı istehsalın dayanmasının qarşısını alır. Ekspertlər bu addımı Yaponiyanın qlobal rəqabət gücünü artırmaq üçün strateji rəqəmsallaşma hamləsi kimi qiymətləndirirlər. Hazırda sistemin son sınaqları aparılır.