Mərkəzləşdirilməmiş ticarət platforması CoW Swap, rəsmi saytının kiberhücuma məruz qaldığını elan edərək istifadəçilərə təcili xəbərdarlıq edib.
LivePress Media xarici KİV-ə istinadən xəbər verir ki, platformanın domen ünvanı hakerlər tərəfindən ələ keçirilib və zərərli interfeyslə əvəzlənib. CoW DAO komandası araşdırma müddətində saytdan istifadə etməməyi və heç bir tranzaksiyanı təsdiqləməməyi xahiş edib. Protokolun əsas sistemlərinin təhlükəsiz olduğu bildirilsə də, ehtiyat üçün əməliyyatlar dayandırılıb. İstifadəçilərə son saatlarda verilən token icazələrini dərhal ləğv etmək tövsiyə olunur. Hazırda komanda saytın nəzarətini geri qaytarmaq və təhlükəsizliyi təmin etmək üzərində işləyir.