ABŞ-ın Permian hövzəsində geniş torpaq sahələrinə sahib olan “EagleRock” şirkəti, səhmlərinin ilkin kütləvi təklifi (IPO) üçün rəsmi müraciət edib.
LivePress Media Bloombergin məlumatına istinadən xəbər verir ki, şirkət bu addımla təxminən 200 milyon dollar vəsait toplamağı və Nyu-York Fond Birjasında listinqə daxil olmağı hədəfləyir.
Huston mərkəzli şirkət neft və qaz hasilatından gələn royalti gəlirləri ilə yanaşı, su infrastrukturu sahəsində də fəaliyyət göstərir. Ekspertlər artan enerji qiymətləri fonunda investorların bu IPO-ya böyük maraq göstərəcəyini proqnozlaşdırırlar. Toplanan vəsaitin şirkətin infrastrukturunun genişləndirilməsinə və borcların azaldılmasına sərf edilməsi planlaşdırılır.